Bakıda orta məktəbdə yanğın baş verib
Min nəfərd şagird evakuasiya olunub
Bu gün Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 67 saylı orta məktəbdə yanğın baş verib. ANS press-in məlumatına görə, yanğın üçmərtəbəli məktəb binasının 3-cü mərtəbəsində baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, yanğın məktəbdə dərs zamanı başlasa da, hadisə nəticəsində yanan və xəsarət alan olmayıb. Məktəbin bütün kollektivi vaxtında binadan təxliyyə olunub. Hadisə şahidlərinin verdiyi məlumata görə hazırda məktəbdə yanğın davam edir və küləyin təsirindən daha da güclənir. FHN-nin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğının qarşısı alınır. Hadisənin səbəbi bilinmir.
Bu yazını qiymətləndir


Saytın redaktoru:



Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər