İtkin düşmüş şəxsin pensiya kartından istifadə etmiş şəxslər ələ keçdi
Hacıqabul rayon sakini Zəminə Yolçuyeva və Şirvan şəhər sakini Nail Gülmalıyev şübhəli şəxs qismində Qaradağ rayonu 38-ci polis bölməsinə gətiriliblər. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onların 2007-ci ilin noyabrından 2010-cu ilin yanvarınadək olan müddət ərzində, itkin düşmüş Sənəm Yəhyayevanın adına verilmiş pensiya kartından istifadə etməklə Şirvan şəhərində yerləşən «Beynəlxalq Bank»a məxsus bankomatdan 2025 manat pul çıxarmaları müəyyən edilib. Toplanmış materiallar saxlanılmış şəxslərlə birlikdə rayon prokurorluğuna təhvil veriliblər.
Elməddin
Bu yazını qiymətləndir


Saytın redaktoru:



Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər