Martın 8-də ölkədə 32 cinayət faktı qeydə alınıb
Martın 8-də respublikanın daxili işlər orqanları tərəfindən 32 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılıb. DİN-dən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 6 nəfər isə yaralanıb. 4 yanğın hadisəsi nəticəsində 1 nəfər dünyasını dəyişib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 22 nəfər tutulub.
Elməddin
Bu yazını qiymətləndir


Saytın redaktoru:



Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər